Bank Of Baku

Ukraynada prezident, baş nazir və parlamentin sədri iqtisadi böhrana qarşı birgə addımlar atmaq barədə razılığa gəliblər

Ukraynada prezident, baş nazir və parlamentin sədri iqtisadi böhrana qarşı birgə addımlar atmaq barədə razılığa gəliblər
# 27 fevral 2009 14:33 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko, baş nazir Yuliya Timoşenko və Ali Radanın sədri Vladimir Litvin iqtisadi böhranın aradan qaldırılması üçün birgə addımlar atmaq barədə razılığa gəliblər. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, razılıq V. Yuşşenko, Y. Timoşenko, V. Litvin, eləcə də Milli Bankın sədri Vladimir Stelmax, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Raisa Boqatıryova, həmçinin ölkədəki əsas müxalif qüvvə - Regionlar Partiyasının liderlərindən biri olan Nikolay Azarovun iştirakı ilə keçirilən görüşdə əldə edilib. Ölkə başçısı üç istiqamət üzrə birgə addım atmaq qərarına gəldiklərini açıqlayıb:
- Ukraynanın iqtisadi durumu haqqında və tərəflərin böhrandan çıxış üçün birgə fəaliyyət göstərməyə hazır olduğuna dair Bəyannamə qəbul olunması;
- Ukraynanın Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığının bərpası üçün bütün hakimiyyət qollarının vahid mövqeyinin müəyyənləşdirilməsi məqsədilə işçi qrup yaradılması;
- Böhrandan çıxış planı hazırlamaq üçün bütün hakimiyyət institutlarının nümayəndələrindən ibarət işçi qrup formalaşdırılması.
V. Yuşşenko görüş iştirakçılarına siyasəti bir kənara ataraq iqtisadi böhranın aradan qaldırılması istiqamətində çalışmağa çağırıb. Onun sözlərinə görə, vəziyyət kritik həddə yaxınlaşır, ona görə də dayanmaq lazımdır: “Gəlin razılaşaq ki, istənilən siyasi haqq-hesaba son qoyuruq və bu mövzuya moratorium tətbiq edirik. Hamınız vaxtı çatanda prezident olacaqsınız, amma mən sizdən iyulun 1-nə qədər seçkiləri unutmağı xahiş edirəm. Əminəm ki, kimin qismətində qələbə varsa, o qələbəyə çatacaq. Əsas odur ki, biz Ukraynanı itirməyək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR