Bank Of Baku

Gürcüstanın «7 Noyabr» gənclər hərəkatı daimi etiraz aksiyalarına hazırlaşır

Gürcüstanın «7 Noyabr» gənclər hərəkatı daimi etiraz aksiyalarına hazırlaşır
# 28 fevral 2009 10:32 (UTC +04:00)
Tiflis - APA. Gürcüstanın «7 Noyabr» gənclər hərəkatı artıq mart ayının 2-dən parlamentin binası qarşısında fasilələrlə etiraz aksiyalarına başlayacağı ilə bağlı ölkə hakimiyyətini xəbərdar edib.
APA-nın «İnterfaks» agentliyinə istinadən verdiyi məlumata görə, gənclər hərəkatı martın ortalarından isə daimi aksiyalara da başlaya bilər. «Bizim tələblər yerinə yetirilməsə, martın 17-dən parlament qarşısında daimi aksiyaya başlayacağıq», - deyə «7 Noyabr» hərəkatının təmsilçisi Caba Cişkariani bildirib.
Hərəkat üzvlərinin əsas tələblərindən biri öldürülən Gürcüstan hərbçisi Roin Şavadzenin işi üzrə istintaqın obyektiv aparılması, həmçinin daxili işlər naziri Vano Merabişvilinin istefa verməsidir. Gürcü müxalifətçilərinin fikrincə, R.Şavadze bu ilin avqust ayında Gürcüstanla Rusiya arasında baş vermiş hərbi toqquşma zamanı dövlət rəhbərliyinə qarşı tutduğu mövqe və neqativ münasibəti ilə bağlı qətlə yetirilib.
Xatırladaq ki, dünən Tiflisdə 300-ə yaxın hərəkat üzvü Nazirlər Kabinetinin binası qarşısında mitinq keçirməyə cəhd göstərib. Lakin hadisə yerinə gələn polis əməkdaşları aksiyanı dağıdıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR