Bank Of Baku

İnquşetiyada prokuror köməkçisinin evinə qumbara atılıb

İnquşetiyada prokuror köməkçisinin evinə qumbara atılıb
# 02 mart 2009 07:39 (UTC +04:00)
Nazran-APA. İnquşetiyanın Nazran rayonunun Ekajevo kəndində Nazran prokurorunun köməkçisi Hüseyn Sakalovun həyətinə əl qumbarası atılıb. APA-nın məlumatına görə, partlayış nəticəsində xəsarət alan olmasa da, evə ziyan dəyib. Hazırda hadisə baş verən yerdə araşdırma davam edir. Qeyd edək ki, Hüseyn Sakalov İnquşetiya parlamentinin spikeri Mahmud Sakalovun oğludur. Bu, prokuror köməkçisinə qarşı törədilmiş ikinci sui-qəsd cəhdidir. Ötən il dekabrın sonlarında Sakalovun xidməti maşını naməlum şəxslər tərəfindən atəşə tutulub. Atəş nəticəsində prokuror köməkçisinin sürücüsü yaralanıb, Sakalov isə insidentdən xəsarət almadan qurtarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR