Bank Of Baku

Gürcüstan həlak olmuş rus təyyarəçinin cəsədinin qalıqlarını Moskvaya təhvil verib

Gürcüstan həlak olmuş rus təyyarəçinin cəsədinin qalıqlarını Moskvaya təhvil verib
# 02 mart 2009 14:26 (UTC +04:00)
Moskva-APA. Gürcüstan avqust hadisələri zamanı Cənubi Osetiya səmasında vurulmuş “Tu-22” qırıcısının pilotunun cəsədinin qalıqlarını Rusiyaya təhvil verib. APA-nın məlumatına görə, Rusiya Silahlı Qüvvələri Baş qərargah rəisinin müavini Anatoli Noqovitsın bildirib ki, cəsədin qalıqlarını Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə almaq mümkün olub. Ümumilikdə Rusiyaya 7 cəsəd qalığı təhvil verilib. Onlar DNK analizi aparılması üçün Rostov hərbi hospitalının laboratoriyasına göndərilib. Noqovitsının sözlərinə görə, Gürcüstan tərəfi cəsədlərin tanınması prosesini aparıb və qalıqların gürcü hərbçilərə məxsus olmadığını dəqiqləşdirib. Bu səbəbdən həmin qalıqların Rusiya hərbçilərinə məxsus olduğu güman edilir. Qeyd edək ki, Rusiya təyyarəsi avqustun 9-da Cənubi Osetiya üzərində vurulub. Həlak olan pilotlardan ikisinin cəsədi dərhal Rusiyaya təhvil verilib. Digər bir pilot isə yaralanıb və hazırda Rusiya ərazisindədir. Heyət komandirinin taleyi isə hələ də məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR