Bank Of Baku

Rusiyanın İsveçrədəki səfirliyi martın 5-dən Gürcüstan vətəndaşları üçün viza verməyə başlayacaq

Rusiyanın İsveçrədəki səfirliyi martın 5-dən Gürcüstan vətəndaşları üçün viza verməyə başlayacaq
# 03 mart 2009 09:21 (UTC +04:00)
Moskva – APA. Rusiya Xarici İşlər Nazirliyi ölkənin İsveçrədəki səfirliyinin martın 5-dən etibarən Gürcüstan vətəndaşları üçün viza verməyə başlayacağını təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya XİN martın 4-də bununla bağlı Moskvada rusiyalı və isveçrəli, Tiflisdə isə gürcü və isveçrəli diplomatlar arasında nota mübadiləsi olacağını açıqlayıb: “Ertəsi gün Tiflisdəki İsveçrə səfirliyində Rusiyanın maraqlarını, Moskvadakı İsveçrə səfirliyində isə Gürcüstanın maraqlarını təmsil edən bölmələr açılacaq və biz diplomatik, konsulluq funksiyalarının icrasına başlayacağıq”.

Xatırladaq ki, 2008-ci ilin avqustunda Cənubi Osetiyada baş verən müharibədən sonra Gürcüstanla Rusiya arasında diplomatik əlaqələr kəsilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR