Bank Of Baku

Keçmiş prezidentin evini partlatmaq istəyiblər

Keçmiş prezidentin evini partlatmaq istəyiblər
# 04 mart 2009 07:45 (UTC +04:00)
Nazran – APA. İnquşetiyanın sabiq prezidenti Murad Zyazikovun evini qumbaraatanla atəşə tutmaq istəyən adamın şəxsiyyəti müəyyənləşib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, sui-qəsdi 1982-ci il təvəllüdlü Rüstəm Ujaxov həyata keçirmək istəyib. O, martın 3-də yerli vaxtla saat 20.45-də “VAZ 2107” markalı avtomobillə keçmiş prezidentin evinə yaxınlaşıb. R. Ujaxov qumbaraatanla evə atəş açmaq istəyərkən mərmi əlində partlayıb. Nəticədə o, ölüb. Partlayışdan sonra maşın yanaraq külə dönüb. İnsident zamanı M. Zyazikov Moskvada olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR