Bank Of Baku

Müxalifətçi jurnalistə 30 bıçaq zərbəsi endirilib

Müxalifətçi jurnalistə 30 bıçaq zərbəsi endirilib
# 04 mart 2009 09:27 (UTC +04:00)
Bişkek – APA. Martın 3-də axşam Qırğızıstanın paytaxtı Bişkekdə “Reportyor-Bişkek” qəzetinin siyasi icmalçısı, müxalifətdəki “Ata Məkan” Partiyasının üzvü Sırqak Abdıldayev naməlum şəxslərin hücumuna məruz qalıb. APA-nın “AKİpress” agentliyinə istinadən verdiyi məlumata görə, 4 naməlum şəxs müxalifətçi jurnalistə 30 bıçaq zərbəsi endirib və onun hər iki qolunu sındırıb. Xəstəxanaya çatdırılan S. Abdıldayev əməliyyat olunub. Həkimlər onun həyatına təhlükə olmadığını bildirsələr də, jurnalistin durumu ağırdır. Fakt üzrə cinayət işi qaldırılıb, təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR