Bank Of Baku

Yuliya Timoşenko: “Viktor Yuşşenko ilə mübarizəm onun siyasi intiharı ilə nəticələnəcək”

Yuliya Timoşenko: “Viktor Yuşşenko ilə mübarizəm onun siyasi intiharı ilə nəticələnəcək”
# 04 mart 2009 09:30 (UTC +04:00)
Kiyev-APA. Ukraynanın baş naziri Yuliya Timoşenko ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib. APA-nın məlumatına görə, baş nazir bildirib ki, prezident seçkiləri nə qədər tez keçirilsə, ölkə siyasi cəhətdən bir o qədər sağlam olar. O həmçinin Kremlə alyans qurması barədə iddiaları da təkzib edib: “Kremllə Molotov-Ribbentrop paktı-filan imzalanmayıb. Mən heç zaman Ukrayna prezidentini satmamışam. Bu mübarizə mənim məhvim ilə deyil, onun siyasi intiharı ilə nəticələnəcək”. Qeyd edək ki, son günlər Ukrayna müxalifəti prezident Yuşşenkoya qarşı yeni təzyiqlərə başlayıb. Əvvəlcə Ali Rada Ukrayna prezidentinin impiçment prosedurunu sadələşdirməyə cəhd eləyib, sonra isə dövlət başçısının maaşını azaltmaq barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR