Bank Of Baku

Ukrayna Təhlükəsizlik Xidməti “Naftoqaz” dövlət şirkətində əməliyyat aparır

Ukrayna Təhlükəsizlik Xidməti “Naftoqaz” dövlət şirkətində əməliyyat aparır
# 04 mart 2009 12:37 (UTC +04:00)
Bir qədər sonra 1 mülki və 8 uniformalı şəxsdən ibarət bu qrupun Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları olduqları müəyyənləşib. “Yuliya Timoşenko” blokunun deputatı Andrey Portnov parlamentin tribunasından Ukrayna qazına həbs qoyulduğunu bildirib: “Bu gün müstəntiqin qərarı ilə Ukrayna qazı həbs edilib. İndi biz əhaliyə qazı haradan alacaqlarını izah edə bilərik. Yəqin ki, onlar qazı Təhlükəsizlik Xidmətindən götürə bilərlər”.
Təhlükəsizlik Xidmətinin sədri səlahiyyətlərinin icraçısı Valeri Xoroşkovski isə qurumun İstintaq İdarəsinin 7 milyard 500 milyon qrivna dəyərində 6 milyard kubmetr təbii qazın “Naftoqaz”ın bəzi rəhbər şəxsləri tərəfindən mənimsənilməsi faktı üzrə cinayət işi qaldırıldığını açıqlayıb. O, bir sıra siyasi qüvvələrin və deputatların istintaqa mane olmağa çalışdıqlarını söyləyib: “Hökumət rəhbərliyi də daxil olmaqla, qeyri-qanuni sövdələşmələr həyata keçirən vəzifəli şəxslərdən ibarət ciddi qruplaşmanın mövcudluğunu söyləyə bilərik”. Artıq Təhlükəsizlik Xidməti Dövlət Gömrük Xidmətinin enerji gömrüyü şöbəsinin rəis müavini Taras Şepitkonu həbs edib.
Xatırladaq ki, prezident Viktor Yuşşenko baş nazir Yuliya Timoşenkonu təbii qaz sahəsində Rusiya ilə qanunsuz müqavilələr imzalamaqda ittiham etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR