Bank Of Baku

Ukrayna Təhlükəsizlik Xidməti hökuməti 1,7 milyard dollarlıq maxinasiyada ittiham edib

Ukrayna Təhlükəsizlik Xidməti hökuməti 1,7 milyard dollarlıq maxinasiyada ittiham edib
# 04 mart 2009 13:21 (UTC +04:00)
“”Naftoqaz”ın vəzifəli şəxslərinin qabaqcadan əlbir olaraq 6,3 milyard kubmetr tranzit qazını oğurlamaları faktı üzrə qaldırılmış cinayət işinin istintaqı çərçivəsində adi istintaq hərəkətləri həyata keçirilir. Hazırda “Naftoqaz”da müstəntiqlər işləyir, sənədlər müsadirə olunur. Bütün addımlar qanunidir”.
Təhlükəsizlik Xidməti sədrinin birinci müavini, sədr səlahiyyətlərinin icraçısı Valeri Xoroşkovski isə parlamentdə çıxışında hökumət rəhbərliyini qanunsuz qaz maxinasiyalarında ittiham edib: “Biz müəyyən etmişik ki, iki dəfə - yanvarın 21-də və fevralın 5-də Ukrayna dövləti üçün “böyük olmayan” bir məbləğ - 1,7 milyard dollar pul gündəlik rejimdə Ukrayna ilə Rusiya arasında gedib-gəlib. Birinci dəfə pul guya tranzit haqqının ödənməsi üçün göndərilib. Elə həmin gün pul Ukraynada rusiyalı səhmdarlar tərəfindən nəzarət olunan bankdan geri - Rusiya ərazisinə qaytarılıb. Yəqin çox gərginlik keçiriblər ki, məbləğ Ukrayna ərazisində “donub” qalmasın. Fevralın 5-də Rusiya tərəfi guya Ukraynadan qaz satın almaq üçün yenidən 1,7 milyard dollar ödəyib. Halbuki həmin vaxt qaz anbarlarında qaz olmayıb. Elə həmin gün yenə eyni məbləğdə pul yenə həmin bankdan bir daha Rusiyaya qaytarılıb”.
Ali Rada isə baş prokuror Aleksandr Medvedkoya müraciət edərək Dövlət Gömrük Xidmətinin regional enerji gömrüyünün əməkdaşı Taras Şepitkonun həbsinin və barəsində cinayət işi qaldırılmasının qanuniliyinin yoxlanılmasını istəyib. Parlamentin sədri Vladimir Litvin bununla bağlı qanunverici orqanda müvəqqəti istintaq komissiyasının yaradıla biləcəyini də deyib. O, “Naftoqaz”ın binasına basqın edilməsini pisləyib: “Bir dövlət institutu digər dövlət institutuna hücum edir. Bu, harada görünüb?! Ölkə dağılır, biz isə barrikadaların müxtəlif tərəflərində dayanaraq ölkənin dağılmasını təsdiqləyirik. Dövlət institutları bu və ya digər siyasətçiyə xidmət göstərməyə məcbur edilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR