Bank Of Baku

“Naftoqaz”da Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə deputatları arasında qarışıqlıq yaranıb, mühasibin ürəyi gedib

“Naftoqaz”da Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə deputatları arasında qarışıqlıq yaranıb, mühasibin ürəyi gedib
# 04 mart 2009 14:12 (UTC +04:00)
Kiyev – APA. Ukraynanın “Naftoqaz” dövlət şirkətinin binasında Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə “Yuliya Timoşenko” blokunun deputatları arasında qarışıqlıq yaranıb. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 13.30-da hökumət partiyasının bir qrup deputatı “Naftoqaz”ın binasına gedərək Təhlükəsizlik Xidməti əməkdaşlarının çalışdığı akt zalına daxil olub. TX-nin maskalı əməkdaşları əvvəlcə parlamentarları əngəlləməyə çalışıblar, lakin deputat Vadim Korotyuk onlardan birinin maskasını çıxarıb. Binadakı insident zamanı “Naftoqaz”ın baş mühasibinin müavini Mariya Kuşnirin ürəyi gedib. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya ilə bağlanmış müqavilələrin orijinalını müsadirə etmək məqsədilə “Naftoqaz”da əməliyyat aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR