Bank Of Baku

Yuliya Timoşenkoya qarşı cinayət işi qaldırıla bilər - FOTOSESSİYA

Yuliya Timoşenkoya qarşı cinayət işi qaldırıla bilər - <font color=red>FOTOSESSİYA</font>
# 05 mart 2009 10:33 (UTC +04:00)
Təbii qaz Şərqi Avropa ölkələri üçün nəzərdə tutulsa da, qanunsuz olaraq “Naftoqaz”ın anbarında saxlanılırmış. APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın “Financial Times” qəzeti Ukrayna Təhlükəsizlik Xidmətinin adının çəkilməsini istəməyən nümayəndəsinə istinadən yazıb. Prezident katibliyindəki mənbə isə Ukraynanın “Seqodnya” qəzetinə açıqlamasında bildirib ki, “Naftoqaz”da aparılan əməliyyatın məqsədi baş nazir Yuliya Timoşenkonun qanunsuz əməllərinin qarşısını almaq olub: “Heç kim ona qaz verməyəcək. Qoy buna ümid etməsin. Birinci məqsəd qazın müdafiəsi, ikincisi isə Rusiya ilə imzalanmış qaz müqavilələrinin müsadirəsidir. Bu sənədlər ekspertizadan keçiriləcək. Sonrasına baxarıq”.
“Seqodnya” qəzeti yazıb ki, bütün bunların yekununda baş nazir Yuliya Timoşenkoya qarşı cinayət işi qaldırıla və bunun əsasında prezidentin, yaxud Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə o, vəzifədən kənarlaşdırıla bilər. Baş nazirin ətrafından isə deyiblər ki, “Naftoqaz”a qarşı əməliyyat xarici işlər naziri Vladimir Oqrızkonun vəzifədən uzaqlaşdırılmasına görə prezidentin intiqam cəhdidir.
Qeyd: Fotolar “Ukrainskaya pravda” qəzetindən götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR