Bank Of Baku

Ukrayna Təhlükəsizlik Xidmətinin yeni hədəfi “Naftoqaz”ın törəmə şirkəti “Ukrtransqaz”dır

Ukrayna Təhlükəsizlik Xidmətinin yeni hədəfi “Naftoqaz”ın törəmə şirkəti “Ukrtransqaz”dır
# 05 mart 2009 10:46 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri “Naftoqaz” Milli Səhmdar Şirkətinin törəmə qurumu olan “Ukrtransqaz”ın ofisində istintaq hərəkətləri aparmağa başlayıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, TX-nin mətbuat mərkəzindən bildiriblər ki, müstəntiqlər 6,3 milyard kubmetr təbii qazın “Naftoqaz”ın vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi faktı üzrə qaldırılmış cinayət işi çərçivəsində “müvafiq dokumentasiyanı öyrənmək” məqsədilə bu gün səhər şirkətə gediblər.
“Naftoqaz”ın mətbuat xidmətinin əməkdaşı İlya Savvin isə müstəntiqlərin “Alfa” qrupunun müşayiəti ilə “Ukrtransqaz”a gəldikləri barədə açıqlama yayıb: ”Onlar istintaq hərəkətləri aparmaq və sənədlərin müsadirəsini həyata keçirmək istəyirlər”. İ. Savvin Kiyevin Şevçenko rayon Məhkəməsinin “Naftoqaz”a qarşı qaldırılmış cinayət işi ilə bağlı istintaq hərəkətlərinin dayandırılması barədə qərar qəbul etdiyini də xatırladıb. O, bəzi deputatların müstəntiqləri əngəlləməyə çalışdıqlarını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR