Bank Of Baku

Rəsmi Moskva Rusiya vertolyotlarının Gürcüstanın hava sərhədlərini pozması barədə məlumatları təkzib edib

Rəsmi Moskva Rusiya vertolyotlarının Gürcüstanın hava sərhədlərini pozması barədə məlumatları təkzib edib
# 05 mart 2009 12:49 (UTC +04:00)
Moskva-APA. Rusiya Hərbi Hava Qüvvələri baş komandanlığı Rusiya vertolyotlarının Ziqdidi rayonu ərazisində Gürcüstanın hava sərhədlərini pozması barədə məlumatları təkzib edib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, hərbi komandanlıq Gürcüstanın hava sərhədlərinin pozulmadığını, bütün uçuşların reqlamentə uyğun həyata keçirildiyini bildirib. Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi Rusiyaya məxsus “Mi-8” və “Mi-24” vertolyotlarının Zuqdidi rayonu ərazisində ölkənin hava sərhədlərini pozduğu barədə məlumat yayıb. Məlumatda vertolyotların həmin bölgədə yerləşən polis postlarının fotoçəkilişini apardığı bildirilir. Nazirlik Rusiya vertolyotlarının bir gün əvvəl də həmin ərazidə hava sərhədlərini pozduğu barədə məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR