Bank Of Baku

Rusiya vətəndaşlarının 50 faizi hərbi təcavüzdən ehtiyat edir

Rusiya vətəndaşlarının 50 faizi hərbi təcavüzdən ehtiyat edir
# 05 mart 2009 12:56 (UTC +04:00)
Moskva-APA. Rusiya vətəndaşlarının 50 faizi xarici dövlətlərin hərbi təcavüzündən ehtiyatlanır. APA-nın məlumatına görə, bu nəticə “Levada-çentr”in keçirdiyi sosioloji sorğu nəticəsində üzə çıxıb. Sorğuya qatılan respondentlərin 41 faizi hesab edir ki, indiki durumda Rusiya müharibədən qorxmamalıdır. Vətəndaşların 9 faizi bu sualı cavablandırmaqdan imtina edib. Respondentlərin 73 faizi hesab edir ki, Rusiya ordusu ölkəni hərbi təcavüzdən qorumağa qadirdir. Rusların 17 faizi ordunun gücünə inanmır, 10 faiz vətəndaşın isə bununla bağlı dəqiq bir fikri yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR