Bank Of Baku

Vladimir Putin: “Avropaya qaz tranziti dayana bilər”

Vladimir Putin: “Avropaya qaz tranziti dayana bilər”
# 05 mart 2009 14:02 (UTC +04:00)
Moskva – APA. Rusiya “Naftoqaz-Ukrainı” şirkəti ətrafında yaranmış vəziyyətdən ciddi şəkildə narahatdır və bunun qaz tranzitinə neqativ təsir göstərəcəyindən ehtiyatlanır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın baş naziri Vladimir Putin bəyan edib. O, Ukrayna güc strukturlarının “Naftoqaz”a və onun vəzifəli şəxslərinə qarşı fəaliyyətindən və təbii qazı Ukrayna ərazisində həbs etmək niyyətlərindən narahatlıq duyduqlarını açıqlayıb. V. Putin onu da əlavə edib ki, Ukrayna fevralı ayında aldığı qazın pulunu ödəməsə, Avropaya təbii qazın nəqli yenidən kəsilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR