Bank Of Baku

Gürcüstanın Diaspor İşləri üzrə dövlət naziri Qax və Zaqatala rayonlarına səfər edəcək

Gürcüstanın Diaspor İşləri üzrə dövlət naziri Qax və Zaqatala rayonlarına səfər edəcək
# 05 mart 2009 16:12 (UTC +04:00)
Qax. Vüqar Heydərov-APA. Gürcüstanın Diaspor İşləri üzrə dövlət naziri Yilon Qoqoşidze sabah Qax rayonuna səfər edəcək. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon İcra Hakimiyyəti Aparatından məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində gürcüstanlı nazir rayonda gürcülərin kompakt yaşadığı Əlibəyli, Alatəmir, Qaxinqiloy və İnqiloy Kötüklü kəndlərində olacaq. Səfər zamanı nazir Y. Qoqoşidze, burda yaşayan gürcülərin yaşam tərzi ilə yaxından tanış olacaq və həmin kəndlərdə fəaliyyət göstərən gürcü məktəblərinə baş çəkəcək.

Qeyd edək ki, gürcüstanlı nazir Y. Qoqoşidze Qax rayonuna səfərindən sonra Zaqatalanın ingiloylar yaşayan Əliabad kəndinə və Balakən rayonunda ingiloyların yaşadığı İtitala kəndinə də gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR