Bank Of Baku

Rusiya Dövlət Dumasının vitse-spikerinin köməkçisi öldürülüb

Rusiya Dövlət Dumasının vitse-spikerinin köməkçisi öldürülüb
# 06 mart 2009 07:56 (UTC +04:00)
Moskva-APA. Rusiya Dövlət Dumasının vitse-spikeri Aleksandr Babakovun köməkçisi Aleksey Beylayev qətlə yetirilib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, çoxlu sayda bıçaq zərbələrindən dünyasını dəyişmiş Belyayevin cəsədi öz mənzilində aşkarlanıb. Onun boyun nahiyəsindən dəyən bıçaq zərbələrindən dünyasını dəyişdiyi bildirilir. Aleksey Belyayev Dövlət Dumasına vacib sənədlər gətirməli imiş, lakin işə gəlmədiyinə görə onu axtarmağa başlayıblar. Belyayevin qohumları da milisə müraciət edərək onunla əlaqə saxlaya bilmədiklərini deyiblər. Fakta bağlı cinayət işi başlanıb, insidentin detalları açıqlanmır. İlkin versiyaya görə, Belyayevi onun tanışlarından biri qətlə yetirə bilər. Bu versiyaya səbəb Belyayevin əynində ev xələti geyinmiş vəziyyətdə öldürülməsidir. İstintaq orqanları Aleksey Belyayevin mənzilinə buraxdığı adamı tanıdığını güman edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR