Bank Of Baku

Təqsirləndirilən şəxs məhkəmə zalından qaçıb

Təqsirləndirilən şəxs məhkəmə zalından qaçıb
# 06 mart 2009 11:37 (UTC +04:00)
Moskva-APA. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunan Özbəkistan vətəndaşı hökm elan olunan zaman məhkəmədən qaçıb. APA-nın məlumatına görə, hadisə Moskvanın Kuntsevo rayon məhkəməsində baş verib. Günorta saatlarında nəzarətçilər tərəfindən məhkəmə zalına gətirilən Özbəkistan vətəndaşı onların gözündən yayınaraq qaçmağa müvəffəq olub. Onun necə qaça bildiyinin təfərrüatları açıqlanmır. Hazırda qaçmış şəxsin axtarışı davam edir. İstintaq orqanları məhkəmə zalında quraşdırılmış videomüşahidə kameralarındakı çəkilişləri araşdıraraq Özbəkistan vətəndaşının hansı yolla qaçdığını müəyyənləşdirməyə çalışırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR