Bank Of Baku

Bankın əməkdaşı anası ilə birlikdə qətlə yetirilib

Bankın əməkdaşı anası ilə birlikdə qətlə yetirilib
# 06 mart 2009 11:44 (UTC +04:00)
Moskva-APA. “Rosbank”ın reklam şöbəsinin əməkdaşı olan qadın anası ilə birlikdə qətlə yetirilib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, hər iki qadının cəsədi yaşadıqları mənzildə aşkarlanıb. Əməkdaşın yoxa çıxdığını görən bank rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət eləyib və axtarış zamanı qadınla anasını cəsədi tapılıb. Məhkəmə tibb ekspertizası zamanı qadınların baş hissəyə küt alət və bıçaqla vurulan zərbədən vəfat etdiyi müəyyənləşib. Cəsədlər ağ mələfəyə büründüyünə görə, istintaq orqanları qatilin meyitləri aparmağa hazırlaşdığını güman edirlər. Qadın və anasını ən azı bir həftə əvvəl öldürüldüyü güman olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR