Bank Of Baku

Qırğızıstan parlamenti antiterror koalisiyasına daxil olan ölkələrlə müqavilələri qüvvədən düşmüş elan edib

Qırğızıstan parlamenti antiterror koalisiyasına daxil olan ölkələrlə müqavilələri qüvvədən düşmüş elan edib
# 06 mart 2009 11:54 (UTC +04:00)
Bişkek-APA. Qırğızıstan parlamenti “Manas” aeroportda hərbi qüvvələrini yerləşdirən antiterror koalisiyasının 11 ölkəsi ilə imzalanmış müqaviləni qüvvədən qalmış elan edib. APA-nın məlumatına görə, parlamentin müqaviləni pozduğu ölkələr Avstraliya, Danimarka, İtaliya, İspaniya, Cənubi Koreya, Hollandiya, Norveç, Yeni Zelandiya, Polşa, Türkiyə və Fransadır. Bu ölkələr “Manas” hərbi bazasında istifadəyə dair Qırğızıstanla 2001-ci ildə müqavilə bağlayıblar. Bundan əvvəl isə Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Vaşinqtonla “Manas” hrbi bazası barədə imzalanmış sazişin qüvvədən düşməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, altı ay ərzində Qırğızıstan ərazisini tərk eləməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR