Bank Of Baku

Boris Tarasyuk yenidən Ukraynanın xarici işlər naziri ola bilər

Boris Tarasyuk yenidən Ukraynanın xarici işlər naziri ola bilər
# 06 mart 2009 11:59 (UTC +04:00)
Kiyev – APA. Ukraynada “Yuliya Timoşenko”, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokları və Litvinin blokundan ibarət parlament koalisiyası xarici işlər naziri vəzifəsinə Boris Tarasyukun namizədliyini irəli sürəcək. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bunu “Yuliya Timoşenko” blokunun deputatı Sergey Mişşenko deyib. O, üzvü olduğu blokun B. Tarasyukun namizədliyini dəstəkləyəcəyini bəyan edib.
Qeyd edək ki, yeni nazirin namizədliyini parlamentə prezident təqdim etməlidir. Bu günlərdə parlament tərəfindən istefaya göndərilmiş sabiq xarici işlər naziri Vladimir Oqrızko Viktor Yuşşenkoya müraciət edərək yenidən bu vəzifəyə təqdim olunmaq istəmədiyini bildirib. Ukrayna Xalq Ruxu Partiyasının lideri olan B. Tarasyuk isə 1998-2000 və 2005-2007-ci illərdə xarici işlər naziri vəzifəsini tutub. 1949-cu il təvəllüdlü B. Tarasyuk hazırda parlamentdə Avrointeqrasiya komissiyasının sədridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR