Bank Of Baku

Yuşşenko Rusiya prezidenti ilə görüş təşkil etmək üçün Moskvaya elçi göndərib

Yuşşenko Rusiya prezidenti ilə görüş təşkil etmək üçün Moskvaya elçi göndərib
# 06 mart 2009 14:27 (UTC +04:00)
Moskva-APA. Ukrayna prezidenti katibliyinin sədr müavini Andrey Qonçarçuk bu gün Moskvaya qeyri-rəsmi səfər edib. APA-nın məlumatına görə, səfərdə məqsəd Ukrayna və Rusiya prezidentlərinin görüşünü təşkil etməklə bağlı danışıq aparmaqdır. Qeyd edək ki, Dmitri Medvedyev prezident kimi fəaliyyət göstərdiyi 10 ay ərzində Viktor Yuşşenko ilə görüşməyib. Qaz münaqişəsi zamanı tərəflər baş nazir səviyyəsində danışıq aparıblar. Ukrayna XİN-dəki diplomatik mənbələr Rusiya rəhbərliyinin Ukrayna prezidenti ilə görüşmək arzusunda olmadığını bildirib: “Məhz bu səbəbdən iki ölkə arasında problemlər baş nazirlər və onların müavinləri səviyyəsində müzakirə olunur”. Ukraynanın Rusiyadakı səfirliyinin mətbuat katibi Oleq Voloşin iki prezidentin görüşünün təşkilinə ümidvar olduğunu bildirib: “Kiyevlə Moskva arasında əsas problemlər siyasət və müdafiə məsələləri ilə bağlıdır. İqtisadi məsələlərdə heç bir problem yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR