Bank Of Baku

Ukrayna Təhlükəsizlik Xidmətinin sədri səlahiyyətlərinin icraçısı bu vəzifəyə təsdiqləyib

Ukrayna Təhlükəsizlik Xidmətinin sədri səlahiyyətlərinin icraçısı bu vəzifəyə təsdiqləyib
# 06 mart 2009 14:35 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Ali Radası Təhlükəsizlik Xidmətinin sədri səlahiyyətlərinin icraçısı Valentin Nalivayçenkonu bu vəzifəyə təsdiqləyib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, qərar “Yuliya Timoşenko”, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokları və Litvinin blokunun səsləri ilə (230) qəbul olunub.

Qeyd edək ki, prezident Viktor Yuşşenkonun ən sadiq adamlarından olan V. Nalivayçenko 2006-cı ilin sonunda Təhlükəsizlik Xidməti sədrinin səlahiyyətlərinin icraçısı təyin olunsa da, bu günə qədər parlament tərəfindən təsdiqlənmirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR