Bank Of Baku

Rusiya və Gürcüstan qarşılıqlı vizaların verilməsini bərpa edib

Rusiya və Gürcüstan qarşılıqlı vizaların verilməsini bərpa edib
# 06 mart 2009 14:37 (UTC +04:00)
Moskva-APA. Rusiya ilə Gürcüstan arasında konsulluq münasibətlərini həyata keçirən İsveçrə səfirliyi Moskva və Tiflisdə bölmələri fəaliyyətə başlayıb. APA-nın məlumatına görə, bu bölmələrdə hər iki ölkə vətəndaşlarına vizaların verilməsi üçün sənəd qəbuluna start verilib. Hər iki bölmə Rusiya və Gürcüstanın əvvəlki səfirliklərinin binasında yerləşir. Artıq Tiflisdə fəaliyyətə başlayan bölmənin qarşısında 200-dək insan növbədə durub. Burada ilk növbədə Rusiya vətəndaşlarının ərizələri qəbul olunur. Moskvadakı bölmə isə yeni blanklar və möhür hazır olmadığına görə hələ tam fəaliyyətə başlamayıb. Qeyd edək ki, Gürcüstan Rusiya vətəndaşlarına məhdudiyyətsiz vizalar verəcək. Gürcüstan vətəndaşlarına isə yalnız dəvət vizası (Rusiya vətəndaşlarının yaxın qohumlarına, Rusiyada daimi yaşayan Gürcüstan vətəndaşlarına), tələbə vizası və müvəqqəti yaşayış vizası veriləcək. Hələlik Rusiyaya getmək üçün işçi və turist vizaları verilmir. Qeyd edək ki, avqust hadisələrindən sonra Gürcüstan Rusiya ilə diplomatik münasibətləri dondurub. Bu səbəbdən Moskva və Tiflisdəki səfirliklərin fəaliyyətinə xitam verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR