Bank Of Baku

Vladimir Putin hökumət aparatında ixtisara başlayır

Vladimir Putin hökumət aparatında ixtisara başlayır
# 06 mart 2009 16:08 (UTC +04:00)
Moskva – APA. 2009-cu ildə dövlət xərclərini azaltmaq məqsədilə Rusiyanın hökumət aparatında bəzi ştatlar ixtisar ediləcək. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hökumət aparatının rəhbəri, baş nazirin müavini Sergey Sobyanin sərəncamına əsasən 158 nəfər ixtisara salınacaq. Hökumət aparatında ümumilikdə nə qədər adamın çalışdığı dəqiq bilinməsə də, onların sayının 1,5 minə qədər olduğu ehtimal edilir.

Qeyd edək ki, prezident Dmitri Medvedev də öz administrasiyasının ştatını ixtisar etməyə qərar verib. Prezident administrasiyasından azı 100 nəfərin çıxarılacağı gözlənilir. Bundan başqa, Dövlət Dumasının 2009-cu il üçün büdcəsi də azaldılıb. Ancaq Dumada ixtisar olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR