Bank Of Baku

Vitse-spikerin köməkçisini öldürənlərin şəxsiyyəti müəyyənləşdirilib

Vitse-spikerin köməkçisini öldürənlərin şəxsiyyəti müəyyənləşdirilib
# 06 mart 2009 16:58 (UTC +04:00)
Moskva – APA. Rusiya hüquq-mühafizə orqanları Dövlət Dumasının sədr müavini Aleksandr Babakovun köməkçisi Aleksey Belyayevin qətlinin üstünü açıblar. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Moskva Prokurorluğunun İstintaq İdarəsinin rəhbəri Anatoli Baqmet qatillərin şəxsiyyətinin müəyyənləşdirildiyini və şübhəlilərdən birinin yaxalandığını açıqlayıb. Bu şəxs Moskva yaxınlığındakı rayonların birində həbs edilərək paytaxta gətirilib. İkinci şübhəlinin axtarışı davam edir.

Xatırladaq ki, martın 5-də A. Belyayevin meyiti onun öz evində tapılıb. Meyitdə bıçaq zərbələrinin izləri olub. Onun qarət məqsədilə öldürüldüyü bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR