Bank Of Baku

Gürcüstanda casusluqda ittiham olunan erməni diasporunun rəhbərləri azadlığa buraxılıblar

Gürcüstanda casusluqda ittiham olunan erməni diasporunun rəhbərləri azadlığa buraxılıblar
# 10 mart 2009 07:46 (UTC +04:00)
Tiflis-APA. Tiflis şəhər məhkəməsi dövlət əleyhinə casusluqda ittiham olunan Qriqori Minasyan və Sergey Akopcanyanı azadlığa buraxıb. APA-nın məlumatına görə, dünən keçirilən məhkəmədə Minasyan və Akopcanyan 1 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından sərbəst buraxılıb. Adı çəkilən şəxslər həmçinin 2,000 lari məbləğində cərimə olunublar. Qeyd edək ki, Gürcüstandakı erməni diasporunun rəhbərlərindən olan Minasyan və Akopcanyan gürcü hərbi əks-kəşfiyyatının əməkdaşları tərəfindən həbs olunub. Qanunsuz silahlı birləşmələr yaratmaqda ittiham olunan ermənilərin evindən kompüterlər və bəzi sənədlər müsadirə olunub. Erməni diasporunun narazılığını dəyərləndirən reinteqrasiya üzrə dövlət naziri Teymur Yakobaşvili bildirib ki, ölkədə qonşu dövlətlərin sifarişi ilə çalışan, qeyri-hökumət təşkilatı adı altında pərdələnən, su bulandıran qüvvələr var. Qeyd edək ki, Qriqori Minasyan Axalkələk Erməni Gənclər Mərkəzinin, Sergey AKopcanyan isə “Şarl Aznavur” Xeyriyyə Cəmiyyətinin sədridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR