Bank Of Baku

Mixail Saakaşvili erməniləri qəzəbləndirib

Mixail Saakaşvili erməniləri qəzəbləndirib
# 10 mart 2009 13:35 (UTC +04:00)
İrəvan – APA. Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ermənistan iqtisadiyyatının iflasa uğradığını söyləməsi İrəvanda narazılıqla qarşılanıb. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Samvel Fərmanyan M. Saakaşvilinin sözlərinin əsassız olduğunu bildirib. S. Fərmanyan M. Saakaşviliyə Gürcüstanın öz problemlərini xatırladaraq onu xalqın diqqətini bu problemlərdən yayındırmaq cəhdində ittiham edib. O, Gürcüstanın dövlət başçısını siyasi korrektliyə çağıraraq deyib ki, qonşu ölkələrdəki vəziyyətə dair Ermənistan prezidentinə də çoxsaylı suallar ünvanlansa da, Serj Sarkisyan bu sualları heç vaxt cavablandırmayıb.

Qeyd edək ki, Gürcüstan iqtisadiyyatının durumunu qiymətləndirən M. Saakaşvili əsas vəzifələrinin iqtisadiyyatın dağılmasını önləmək olduğunu vurğulayıb: “Sizə məlumdur ki, bir neçə həftə ərzində Ermənistan iqtisadiyyatı iflasa uğrayıb. Ona görə ki, Rusiya bazarından tam asılı idi və Rusiya bazarı çökdükdən sonra Ermənistan iqtisadiyyatı da eyni aqibətlə üzləşdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR