Bank Of Baku

MDB İqtisadi Şurasının iclası keçiriləcək

MDB İqtisadi Şurasının iclası keçiriləcək
# 11 mart 2009 08:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Martın 13-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 41-ci iclası keçiriləcək. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 19 məsələ daxil edilib. Müzakirə olunacaq məsələlər arasında 2020-ci ilə kimi MDB-nin İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin reallaşdırılması üzrə tədbirlər planının layihəsi, həmin dövr üçün enerji ehtiyatlarının istehsalı və istehlakı proqnozu, meyvə-tərəvəz məhsulları və kartof bazarında mal dövriyyəsinin təşkili haqqında əsasnamə, qarşılıqlı ticarətdə hazırda istifadə edilən baryerlər haqqında informasiya, innovasiya sahəsində elmi-informasiya təminatı konsepsiyasının layihəsi, 1979-1989-cu illərdə Əfqanıstanda aparılan müharibə zamanı itkin düşmüş hərbçilərin axtarılması və sair məsələlər var.

Qeyd edək ki, Azərbaycanı İqtisadi Şurada baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR