Bank Of Baku

Dmitri Medvedev xalqa daha ağır günlərə hazırlaşmağı məsləhət görüb

Dmitri Medvedev xalqa daha ağır günlərə hazırlaşmağı məsləhət görüb
# 11 mart 2009 15:54 (UTC +04:00)
Moskva – APA. Rusiya prezidenti Dmitri Medvedev dünya maliyyə böhranının yekunlaşmasının əlamətlərini görmədiyini deyib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, D. Medvedev Tula vilayətində yerli bələdiyyələrin deputatları ilə görüşündə rusiyalılara daha ağır günlərə hazırlaşmağı məsləhət görüb: “Hazırda dünya maliyyə böhranına təsir edən çoxlu sayda faktor var. Hələlik situasiya qeyri-müəyyəndir və etiraf etmək lazımdır ki, biz geriləməyə davam edirik. Mən ümumilikdə dünya iqtisadiyyatını və onun bir hissəsi olan Rusiyanı nəzərdə tuturam”. D. Medvedev bildirib ki, böhranın nə qədər davam edəcəyi hələlik aydın deyil: “Biz daha ağır dövrlərə hazırlaşmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR