Bank Of Baku

Leonid Slutski: “Rusiya və ABŞ Qəbələ RLS məsələsində razılığa gələ bilər”

Leonid Slutski: “Rusiya və ABŞ Qəbələ RLS məsələsində razılığa gələ bilər”
# 12 mart 2009 15:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Rusiya və ABŞ Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadə barədə razılığa gəlmək üçün imkanlara malikdir”. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Leonid Slutski deyib. Onun fikrincə, istisna deyil ki, prezidentlər Obama və Medvedev Qəbələ RLS məsələsində razılığa gələcəklər və bu, qarşılıqlı güzəştlər istiqamətində ilk addım olacaq. L. Slutski bildirib ki, Şərqi Avropada raket hücumundan müdafiə sistemi yaratmaqdansa, Qəbələ RLS-dən istifadə hərbi-texniki nöqteyi-nəzərdən daha məntiqlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR