Bank Of Baku

Ermənistanda jurnalist döyülüb

Ermənistanda jurnalist döyülüb
# 13 mart 2009 15:54 (UTC +04:00)
İrəvan-APA. Ermənistan paytaxtında Dövlət Dilçilik Universiteti qarşısında keçirilən aksiya zamanı institutun mühafizəçiləri “Səhər” və “Dördüncü hakimiyyət” qəzetlərinin fotomüxbiri Qaqik Şaşmyanı döyüblər. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, xəsarət almış müxbir İrəvan xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, aksiya “Birlikdə” hərəkatı tərəfindən tələbələrdən rüşvət alınmasına etiraz məqsədilə keçirilib. Jurnalistlərin, o cümlədən Şaşmyanın universitet binasına daxil olmaq cəhdinin qarşısı mühafizəçilər tərəfindən alınıb. Mühafizəçilərlə fotomüxbirin mübahisəsi sonuncunun döyülməsi ilə nəticələnib. Fakta münasibət bildirən Ermənistan ombudsmanı bu insidentin əvvəllər baş verən analoji hallarda günahkarların cəzalandırılmamasından qaynaqlandığını deyib. O hüquq-mühafizə orqanlarını baş verən faktla bağlı tədbir görməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR