Bank Of Baku

Gürcüstanda soydaşımız Kvemo-Kartli bölgəsinin qubernatorunun müavini təyin olunub

Gürcüstanda soydaşımız Kvemo-Kartli bölgəsinin qubernatorunun müavini təyin olunub
# 13 mart 2009 16:45 (UTC +04:00)
Gürcüstan . Nizami Məmmədzadə-APA. Gürcüstanın Kvemo- Kartli bölgəsinin qubernatorunun yeni müavini azərbaycanlıdır. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, qubernator David Kirkitadzenin yeni azərbaycanlı müavini Marneuli rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Hüseyn Yusif oğlu Yusifovdur.
Qeyd edək ki, H. Yusifov 1961-ci ildə Marneuli rayonunun Böyük Muğanlı kəndində anadan olub. Gəncə Kənd Təsərrüfatı Akademiyasını bitirib. O, Böyük Muğanlı kəndində sovxoz direktoru, Kənd Məclisinin sədri, 2002-ci ildən isə Marneuli rayon bələdiyyəsinin sədri vəzifələrində işləyib. 2007-ci ildən isə Marneuli rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR