Bank Of Baku

ABŞ Gürcüstanda hərbi baza yerləşdirməyi planlaşdırmır

ABŞ Gürcüstanda hərbi baza yerləşdirməyi planlaşdırmır
# 14 mart 2009 07:58 (UTC +04:00)
Tiflis – APA. ABŞ Gürcüstan ərazisində hərbi baza yerləşdirmək üçün bu ölkə hökumətinə müraciət etməyi planlaşdırmır. APA-nın “Qruziya Online” saytına istinadən verdiyi xəbər görə, bunu ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza deyib. O, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzenin məlum bəyanatını belə şərh edib: “Mənim fikrimcə, Vaşadze demək istəyib ki, əgər Gürcüstandan öz ərazisində ABŞ hərbi bazalarını yerləşdirmək xahiş edilsə, Gürcüstanın mövqeyi müsbət olar. Ancaq biz bunu xahiş etmək niyyətində deyilik”. M. Brayza ABŞ-ın Gürcüstandan yalnız strateji tərəfdaşlığa dair Xartiyada əksini tapdığı kimi, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini istədiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR