Bank Of Baku

Zabaykalyedə məktəbdə 18 şagirdi girov götürən silahlı şəxs zərərsizləşdirilib

Zabaykalyedə məktəbdə 18 şagirdi girov götürən silahlı şəxs zərərsizləşdirilib
# 16 mart 2009 10:01 (UTC +04:00)
Zabaykalye-APA. Zabaykalye vilayətində içkili vəziyyətdə olan şəxs məktəb binasına daxil olaraq odlu silahdan atəş açmağa başlayıb. APA-nın məlumatına görə, dəhlizdə atəş açan Prostakişin adlı kişi sonra 18 şagirdin olduğu sinfə girib və şagirdlərdən partaları qapının arxasına yığmağı tələb edib. Şagirdlərə atəş açmayacağını deyən kişi pəncərəyə çıxıb və milislərin gəlməsini gözləyib. Milislər gəldikdən sonra Prostakişin pəncərədən yerə tullanıb və bu zaman ayağını sındırıb. Buna baxmayaraq o milislərə atəş açmağa imkan tapıb. Atəş nəticəsində bir milis əməkdaşı yaralanıb. Milislər kişini tərksilah ediblər, ondan 12 kalibrli ov tüfəngi və çoxlu sayda güllə götürülüb. Cinayətin motivləri məlum deyil, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR