Bank Of Baku

Türkmənistan ECO-da assosiativ üzv kimi fəaliyyətini davam etdirmək istəyir

Türkmənistan ECO-da assosiativ üzv kimi fəaliyyətini davam etdirmək istəyir
# 16 mart 2009 10:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Türkmənistan Xarici İşlər Nazirliyi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) katibliyinə diplomatik nota göndərərək ölkənin bu təşkilatda assosiativ üzv kimi rəsmiləşdirilməsi üçün lazımi prosedurların həyata keçirilməsini xahiş edib. APA-nın “Turkmenistan.ru” saytına istinadən verdiyi məlumata görə, XİN-də bunu daimi neytrallıq statusuna malik ölkə olan Türkmənistanın xarici siyasətinin konseptual mövqeyi ilə əlaqələndiriblər. Türkmənistan ECO-ya regionda sosial-iqtisadi tərəfdaşlığın inkişafı məqsədi olan beynəlxalq təşkilat kimi baxır.

Qeyd edək ki, ECO-nun martın 11-də Tehranda keçirilən 10-cu sammitində Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov bəyan edib ki, bundan sonra onun ölkəsi təşkilatda assosiativ üzv kimi fəaliyyət göstərəcək. Xatırladaq ki, ECO 1985-ci ildə regional hökumətlərarası təşkilat kimi İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. 1992-ci ildə Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bu təşkilata üzv qəbul olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR