Bank Of Baku

Gürcüstana MDB-nin 76 müqaviləsində iştirak etmək hüququ verilə bilər

Gürcüstana MDB-nin 76 müqaviləsində iştirak etmək hüququ verilə bilər
# 16 mart 2009 15:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Gürcüstanın beynəlxalq müqavilələr və MDB orqanlarının qərarlarında iştirakı ilə bağlı məsələ Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) İcra Komitəsinin ekspert qrupunun iclasında müzakirə olunub. Bu barədə APA-ya MDB İcra Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Gürcüstan MDB-dən çıxmaq barədə bəyanat vermədikdən öncə Birlikdə fəaliyyət göstərən 1.317 sənəddən 598-nə imza atıb. dövlət və hökumət başçılarının görüşlərində 112 beynəlxalq müqavilə imzalayıb. Bu müqavilələrdən 36-nın iştirakçısı yalnız MDB üzvü ola bilər, digər 76 müqaviləyə isə birliyə daxil olmayan ölkə də qoşula bilər. Ekspertlər belə bir nəticəyə gəliblər ki, 2009-cu il avqustun 18-dən Gürcüstanın MDB üzvlüyündən çıxması bu ölkəyə MDB orqanlarının bütün qərarlarının şamil olmaması deməkdir. Bununla yanaşı ekspertlər Gürcüstanın MDB-nin üzvü olmayan ölkələrin də iştirak edə biləcəyi müqavilələrdə qalması məsələsində vahid fikrə gələ bilməyiblər. Bununla bağlı MDB-yə üzv ölkələrə müraciət olunması məqsədəuyğun sayılıb. Ekspertlər həmçinin etiraf ediblər ki, həmin müqavilələrdə Gürcüstanın iştirak etməsi üçün heç bir hüquqi maneə yoxdur. Bu məsələ ilə bağlı ekspertlərin növbəti iclası iyunun 3-4-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR