Bank Of Baku

Ukraynanın xarici işlər naziri vəzifəsinə ABŞ-dakı səfirin namizədliyi irəli sürülüb

Ukraynanın xarici işlər naziri vəzifəsinə ABŞ-dakı səfirin namizədliyi irəli sürülüb
# 17 mart 2009 09:06 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko xarici işlər naziri vəzifəsinə ölkənin ABŞ-dakı səfiri Oleq Şamşurun namizədliyini təqdim edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, təqdimat təsdiqlənmək üçün Ali Radaya göndərilib.

O. Şamşur 1956-cı ildə Kiyevdə dünyaya gəlib. Taras Şevçenko adına Kiyev Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Tarix elmləri namizədidir. 2005-ci ilin dekabrından indiyədək Ukraynanın ABŞ-dakı səfiri vəzifəsində çalışıb. Evlidir, 1 qız atasıdır. İngilis, fransız və rus dillərini bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR