Bank Of Baku

Rusiya “Nabucco” layihəsində iştirak etməyəcək

Rusiya “Nabucco” layihəsində iştirak etməyəcək
# 17 mart 2009 10:42 (UTC +04:00)
Moskva – APA. “2020-ci ildə Avropaya əlavə 100 milyard kubmetr qaz lazım olacaq. Bu qazı ünvana çatdıracaq kəmərlər isə yoxdur”. APA-nın xəbərinə görə, bu sözləri “Vesti” telekanalına müsahibəsində Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev deyib. O bildirib ki, “Cənub axını”, “Şimal axını” layihələri və hətta “Nabucco” layihəsi də reallaşarsa, yenə də qaza olan tələbat təklifdən çox olacaq. A. Medvedev Rusiyanın “Nabucco” layihəsində iştirak üçün dəvət aldığını, amma bu dəvəti qəbul etməyəcəyini bəyan edib. “Cənub axını”nın Avropa üçün əhəmiyyətini vurğulayan A. Medvedevin sözlərinə görə, “Nabucco”dan fərqli olaraq bu layihənin həyata keçirilməsi üçün bütün əsaslar mövcuddur: “Bizdə qaz, bazar, mürəkkəb layihələrin reallaşdırılması təcrübəsi, korporativ idarəçilik var. Təkcə maddi əsaslara malik olmaq azdır. İki dovşanın arxasınca qaçsan, heç birini tuta bilməzsən. Bizim artıq bir “dovşanımız” var və onun arxasınca qaçırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR