Bank Of Baku

Gürcüstanın spikeri Borçalıda Novruz şənliyinə qatılıb

Gürcüstanın spikeri Borçalıda Novruz şənliyinə qatılıb
# 21 mart 2009 18:40 (UTC +04:00)
O, Gürcüstan prezidenti Mixail Saakaşvilinin təbrikini soydaşlarımıza çatdırıb. ”Bu bayram bizim ümumi bayramımızdır”-deyə spiker çıxışında bildirib.

Novruz şənliyində Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev də çıxış edib. Səfir Novruz ənənələrindən, Gürcüstanda yaşayan soydaşlarımızn bu bayramı qeyd etmələrindən, Azərbaycan hökumətinin soydaşlarımızın problemlərini daim diqqətdə saxlamasından danışıb.

Novruz şənliyində Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze, Gürcüstan parlamentinin azərbaycanlı deputatları da iştirak ediblər.

Bayram şənliyinə Tiflis şəhərindən, Dmanisi, Bolnisi, Qardabani rayonlarından da azərbaycanlılar qatılıblar.

Şənliyin bədii hissəsi isə gürcü qızı Manananın konsert proqramı ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR