Bank Of Baku

Yelena Tevdoradze: ”Gürcüstanın Əfv komissiyasının iclasında azərbaycanlı məhbusların ərizələri də müzakirə olunacaq”

Yelena Tevdoradze: ”Gürcüstanın Əfv komissiyasının iclasında azərbaycanlı məhbusların ərizələri də müzakirə olunacaq”
# 21 mart 2009 18:48 (UTC +04:00)
Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın Reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini, əfv komissiyasının sədri Yelena Tevdoradze deyib.

Y. Tevdoradze azərbaycanlılardan neçəsinin adının əfv siyahısına düşəcəyini bilmədiyini vurğulayıb: “Siyahını biz tərtib eləmirik. Məhbuslar əfv edilmək barədə prezidentə mütləq ərizə ilə müraciət etməlidirlər, bundan sonra komissiya ərizələri araşdırır və onların əfvi ilə bağlı məsələni müzakirəyə çıxarır. Mənim üçün hər bir insanın taleyi eynidir ”.

Y. Tevdoradze əlavə edib ki, o, cəzaçəkmə müəssisələrinə baş çəkərkən müxtəlif millətlərin nümayəndəsi olan məhbuslarla, o cümlədən azərbaycanlılarla da görüşür: “Bilirəm ki, Kutaisi şəhərindəki həbsxanada 12 azərbaycanlı məhbus cəza çəkir. Maraqlı budur ki, onlar həbsxanada gürcü dilini öyrənmə dərnəyi təşkil edərək, dövlət dilini öyrənirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR