Bank Of Baku

Gürcüstan paytaxtında etiraz aksiyası keçirilib

Gürcüstan paytaxtında etiraz aksiyası keçirilib
# 24 mart 2009 17:09 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, aksiyaya səbəb dünən səhərə yaxın Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşlarının eks-spiker Nino Burcanadzenin başçılıq etdiyi partiyanın 10 nəfər üzvünün saxlanılaraq, Tiflis Şəhəri Baş Polis İdarəsinə gətirilməsidir. Polis saxlanılanları qanunsuz silah əldə edib saxlamaqda ittiham edir.

Saxlanılanlar arasında partiyanın gənclər təşkilatının üzvləri də var.
Aksiya iştirakçıları saxlanılanların tezliklə azadlığa buraxılmasını tələb edərək, onların siyasi motivlərlə həbs edildiklərini bildiriblər.
Gürcüstan DİN isə yerli televiziya kanallarında saxlanılanlarla bağlı videomateriallar yayımlayıb. Video materiallar saxlanılanların Batumi və Tiflisdəki evlərindən aparılan axtarışlar və silah tapılmasını əks etdirən süjetlərdən ibarət olub.

Partiya lideri Nino Burcanadze isə jurnalistlərə açıqlamasında hakimiyyətin siyasi motivli həbslər apardığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR