Bank Of Baku

MDB ölkələrinin xüsusi xidmət orqanları iqtisadi böhranın sosial böhrana keçməsini istisna etmir

MDB ölkələrinin xüsusi xidmət orqanları iqtisadi böhranın sosial böhrana keçməsini istisna etmir
# 25 mart 2009 11:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin xüsusi xidmət orqanları iqtisadi böhranın sosial böhrana keçməsini istisna etmir. APA-nın məlumatına görə, bu barədə bu gün MDB ölkələrinin antiterror milli mərkəzlərinin rəhbərlərinin toplantısında MDB Antiterror Mərkəzinin rəhbəri, milis general-polkovniki Andrey Novikov bəyan edib. O bildirib ki, bütün ölkələrdə dövlət valyutasının devalvasiyası baş verib, sənaye obyektləri işini azaldıb, yaxud dayandırıb, işsizlik artıb, cinayətkarlığın artması üçün ciddi təhlükə yaranıb: “Buna əsasən də söyləmək olar ki, iqtisadi böhran sosial böhrana çevrilə bilər”.

Generalın sözlərinə görə, təcili antiböhran tədbirləri MDB-yə üzv ölkələrin hökumətlərinin hamısının gündəliyindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR