Bank Of Baku

Rusiya kəşfiyyatının polkovniki qadın alveri ilə məşğul olan beynəlxalq qruplaşmanın başçısı imiş

Rusiya kəşfiyyatının polkovniki qadın alveri ilə məşğul olan beynəlxalq qruplaşmanın başçısı imiş
# 27 mart 2009 09:55 (UTC +04:00)
Moskva – APA. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin polkovniki insan alverində günahlandırılır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin rəhbəri, ədliyyə general-leytenantı Aleksandr Soroçkin açıqlayıb. O, 130-dan çox qadını kölə qismində müxtəlif ölkələrə satan beynəlxalq cinayətkar qrupa rusiyalı polkovnikin başçılıq etdiyini bildirib. A. Soroçkin iş üzrə 13 nəfərin adının keçdiyini, onlardan 10 nəfərinin həbs olunduğunu, 3 nəfərdən isə başqa yerə getməmək haqqında iltizam alındığını deyib. Həbs olunanlar arasında Rusiya ilə yanaşı, İsrail və Moldova vətəndaşları da var. İlkin istintaq 2008-ci ilin oktyabrında başa çatıb. Cinayət işinin materialları 200 cilddən çoxdur və hazırda ivrit (yəhudi) dilinə tərcümə olunur. Çünki qadınların əksəriyyəti İsrailə satılıb. İstintaq materiallarına əsasən təqsirləndirilən şəxslər 1999-2007-ci illər ərzində İsrail, İtaliya, Almaniya, Yunanıstan, Hollandiya və Birləşmiş Ərəb Əmirliklərinə seks köləsi olaraq 130-dan çox qadın göndəriblər. Qadınlar Rusiya, Ukrayna, Belarus, Moldova və Özbəkistan vətəndaşı olub. Həbs olunan polkovnikin adı açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR