Bank Of Baku

Gürcüstan hökuməti müxalifəti dialoqa çağırır

Gürcüstan hökuməti müxalifəti dialoqa çağırır
# 29 mart 2009 07:25 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Son günlər Gürcüstanda vəziyyət gərginləşib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, qeyri-gürcülərin yaşadığı bölgələrdə stabilliyi, sülhü saxlamaq və ekstremist fikirlərə uymamaq üçün dinc aksiyalar başlayıb. Gürcüstanın demək olar ki, bütün qəzetləri bu ölkənin öncül ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin, eyni zamanda siyasət adamlarının xalqa müraciətini dərc ediblər. Müraciəti imzalayan teatr rejissoru Robert Sturua, yazıçılardan Otar və Tamaz Çiladzelər, Gürcüstanın Rusiyadakı keçmiş səfiri Zurab Abaşidze hökumət nümayəndələrini və müxalifəti dialoqa çağırıblar. Müraciətdə bildirilir ki, ölkədə vəziyyət getdikcə pisləşir, əgər ağıllı və təmkinli addım atılmazsa, nəticə barədə artıq heç kim düşünməyəcək. İqtidar nümayəndələri isə müxalifətlə dialoq masası arxasında oturmağa hazır olduqlarını bəyan edirlər. Prezident Mixail Saakaşvili də əks tərəfi dialoqa çağırıb. O, sülhü qoruyacağını vəd edib: ”İndi radikalizmə vaxt yoxdur, bu gün bizə birlik lazımdır.” Nino Burcanadze isə jurnalistlərə açıqlamasında bildirib ki, “o, yalnız prezident istefaya getdikdən sonra danışıqlara başlaya bilər”. Bəzi müxalifət nümayəndələri isə qeyd edirlər ki, “əgər hökumətin güc strukturları güc tətbiq edərlərsə, onlar da səhnədən qaçmayacaq, əli yalın silahın qarşısına çıxacaqlar”. Bu arada Gürcüstan Daxili İşlər Nazirliyi elan edib ki, yerlərdə təxribat xarakterli təbliğat aparılır, xalqa çaşdırıcı məlumatlar ötürülür. Bu günlərdə Gürcüstana gələn Avropa Şurasının monitorinq komitəsinin nümayəndəsi Matias Yorş jurnalistlərə açıqlamasında bildirib ki, hökumət nümayəndələrinin müxalifətlə dialoqa girməyə vaxtı qalmayıb. Avropalılar qeyd edirlər ki, artıq Gürcüstan nəinki xarici, həm də daxili siyasətdə onların köməyi olmadan keçinə bilməz. Gürcüstan ekspertləri də bu işin müsbət həlli üçün öz köməklərini təklif edirlər. Tiflisdə isə hər gün müxtəlif yerlərdə aksiyalar güclənir. Aksiya iştirakçıları Mixail Saakaşvilinin istefasını tələb edirlər. Gürcüstan prezidenti isə dəfələrlə bildirib ki, o, prezidentlik müddəti bitənəcən bu vəzifədən getməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR