Bank Of Baku

ABŞ və Rusiya prezidentləri Qəbələ RLS-dən birgə istifadə imkanlarını müzakirə edəcəklər

ABŞ və Rusiya prezidentləri Qəbələ RLS-dən birgə istifadə imkanlarını müzakirə edəcəklər
# 29 mart 2009 08:32 (UTC +04:00)
APA-nın Rusiya KİV-nə istinadən məlumatına görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Sergey Prixodko məlumat verib. O bildirib ki, raket hücumundan müdafiə sahəsində alternativ qərarın tapılması hələlik mümkündür. Prixodko bildirib ki, D. Medvedyev amerikalı həmkarına ABŞ-ın Avropada raket hücumundan müdafiə bazaları yaratmaqla bağlı Rusiyanın narahatçılığını izah etməyə çalışacaq. “Çexiya parlamentində bu məsələnin müzakirəsi göstərir ki, bu mövzu qapanmayıb və alternativ qərar qəbul etmək üçün resurslar tükənməyib. Rusiya Birləşmiş Ştatlara Azərbaycanda yerləşən Qəbələ RLS-dən birgə istifadə etməyi təklif edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR