Bank Of Baku

Sulim Yamadayevə sui-qəsd edilməsi barədə məlumat təsdiqlənib

Sulim Yamadayevə sui-qəsd edilməsi barədə məlumat təsdiqlənib
# 29 mart 2009 14:25 (UTC +04:00)
Moska-APA. “Vostok” batalyonunun sabiq komandiri Sulim Yamadayevə sui-qəsd təşkil olunması xəbəri təsdiqlənib. APA-nın məlumatına görə, “Exo Moskvı” radiostansiyası Sulim Yamadayevə Dubayda sui-qəsd edildiyi, lakin sabiq komandirin sağ qaldığı barədə xəbər yayıb. Bundan əvvəl isə “Reuters” agentliyi Dubayda 1973-cü il təvəllüdlü, milliyyətcə çeçen olan Süleyman Madov adlı şəxsin öldürüldüyü barədə məlumat yaymışdı. Həmin şəxsin evinin qarşısında güllələndiyi bildirilirdi. Polisin məlumatına görə, öldürülən şəxs bir müddət qatillər tərəfindən izlənib. Rusiyanın Dubaydakı baş konsulluğu isə Süleyman Yamadayevə sui-qəsd edilməsi ilə bağlı xəbəri nə təsdiq, nə də təkzib edib. Qeyd edək ki, Rusiyada Süleyman Yamadayevə qarşı üç maddə üzrə cinayət işi qaldırılıb. O iki nəfəri qətlə yetirməkdə və insan oğurluğunda ittiham olunur. Ötən ilin sentyabrında Sulim Yamadayevin qardaşı Ruslan Yamadayev Moskvada qətlə yetirilib. Yamadayev qardaşının Çeçenistan prezidenti Ramzan Kadırovun göstərişi ilə öldürülməsi xəbərinə inanmadığını bildirib. Onun sözlərinə görə, kimlərsə Kadırovla onun arasında olan münaqişədən yararlanmağa çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR