Bank Of Baku

Gürcüstan patriarxlığı ölkədəki durumla bağlı xüsusi bəyanat yayıb

Gürcüstan patriarxlığı ölkədəki durumla bağlı xüsusi bəyanat yayıb
# 29 mart 2009 14:33 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan patriarxlığı ölkədəki durumla bağlı xüsusi bəyanat yayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, son vaxtlar ölkədə baş verən hadisələrə toxunulan bəyanatda qeyd olunub ki, hakimiyyət və müxalifət nümayəndələri bir araya gəlməli və gedən proseslərin daha da gərginləşməməsi üçün ağıllı və düşündürücü addımlar atmalıdırlar. Gürcüstan patriarxlığı hər iki tərəfi sakitliyi, sabitliyi, sülhü qorumaq və hadisələrin ağır nəticələrindən qaçmaq üçün dialoqa çağırıb. Xatırladaq ki, dünən Gürcüstanın öncül ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin xalqa müraciətlərində II İlyadan ölkədə gedən proseslərə təsir imkanlarını işə salmaq xahiş olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR