Bank Of Baku

Gürcü müxalifəti 9 aprel mitinqinə “Əliyalın mübarizə” şüarı ilə çıxacaq

Gürcü müxalifəti 9 aprel mitinqinə “Əliyalın mübarizə” şüarı ilə çıxacaq
# 30 mart 2009 07:50 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Dünən Tiflisin Şahmat Evində iki müxalifət partiyasının konfransı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Mühafizəkarlar Partiyasının və “Gürcüstanın birliyi uğrunda” partiyanın
liderləri konfransda çıxış edərək 9 aprel aksiyasına “Əlıyalın mübarizə” şüarı ilə çıxacaqlarını vurğulayıblar. Mühafizəkarlar Partiyasının lideri bildirib ki, hökumət yeni strategiya seçib və bu müxalifətlə dialoqa getmək strategiyasıdır: “Bu təklif bizim üçün təhqirdir, biz onu müzakirə etməyəcəyik. Nə qədər ki, Mixail Saakaşvili öz iqamətgahında oturur, prezident postuna yeni namizədin irəli sürülməsinin vaxtı deyil. Bir neçə partiya öz namizədlərinin adını çəkiblər, ancaq Mixail Saakaşvili vəzifəsindən istefa verdikdən sonra biz namizədimizin adını adını açıqlayacağıq. Biz ən ləyaqətli bir namizədin adını çəkəcəyik və o, Gürcüstan prezidenti olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR